Peskov: “Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır"

Peskov: “Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır" Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.
Region
14 fevral 2022 22:35
Peskov: “Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.

“Report” CNN-ə istinadən xəbər verirk ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, Rusiya rəhbəri həmçinin təhlükəsizlik zəmanəti ilə bağlı dialoqa hazırdır.

"Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqlarda və diplomatiyada təkid edib. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir, bu, Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin bir hissəsidir. Və əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, - Peskov bildirib.

Son xəbərlər

Orphus sistemi