Pentaqon Gürcüstanla hərbi əməkdaşlığı davam etdirmək niyyətindədir

Pentaqon Gürcüstanla hərbi əməkdaşlığı davam etdirmək niyyətindədir Vaşinqton birgə təlimlərin ləğvinə baxmayaraq, Tbilisi ilə hərbi əməkdaşlığı dəstəkləməyə davam edəcək.
Region
17 iyul 2024 00:29
Pentaqon Gürcüstanla hərbi əməkdaşlığı davam etdirmək niyyətindədir

Vaşinqton birgə təlimlərin ləğvinə baxmayaraq, Tbilisi ilə hərbi əməkdaşlığı dəstəkləməyə davam edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Rayder bu yay planlaşdırılan hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasını şərh edərkən bildirib ki, Pentaqonun başqa hər hansı ləğvetmədən xəbəri yoxdur.

O, ABŞ-nin Gürcüstan ordusu ilə tərəfdaşlıq əlaqələrini davam etdirəcəyini vurğulayıb. Pentaqon, həmçinin Gürcüstanın suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü qorumaq üçün yollar axtaracaq.

Son xəbərlər

Orphus sistemi