Pentaqon: ABŞ Ermənistandakı təlimlər zamanı şəxsi heyəti üçün heç bir risk görmür

Pentaqon: ABŞ Ermənistandakı təlimlər zamanı şəxsi heyəti üçün heç bir risk görmür ABŞ Ermənistanla birgə hərbi təlimləri davam etdirəcək və planlaşdırıldığı kimi başa çatdıracaq, onlar heç bir şeyin təlimlərdə iştirak edən amerikalı hərbiçiləri təhdid etdiyinə inanmırlar.
Region
19 Sentyabr , 2023 19:37
Pentaqon: ABŞ Ermənistandakı təlimlər zamanı şəxsi heyəti üçün heç bir risk görmür

ABŞ Ermənistanla birgə hərbi təlimləri davam etdirəcək və planlaşdırıldığı kimi başa çatdıracaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Ermənistanla birgə təlimimiz taktiki səviyyədə yeni əlaqələrin qurulması və sülhməramlı əməliyyatlar üçün qarşılıqlı fəaliyyətin artırılması məqsədlərinə nail oldu. Onlar planlaşdırıldığı kimi sabah yekunlaşacaq", - məlumatda bildirilir.

Qeyd edilib ki, ABŞ təlimlərdə iştirak edən şəxsi heyəti üçün heç bir risk görmür.

Son xəbərlər

Orphus sistemi