Patriarx Kiril Ukraynanın yeni seçilən Prezidentini təbrik edib

Patriarx Kiril Ukraynanın yeni seçilən Prezidentini təbrik edib Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenskini təbrik edib.
Region
23 Aprel , 2019 15:40
Patriarx Kiril Ukraynanın yeni seçilən Prezidentini təbrik edib

Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenskini təbrik edib.

“Report” xəbər verir ki, təbrikin mətni Rusiya Pravoslav Kilsəsinin saytında yerləşdirilib.

“Ukrayna xalqı sizin namizədliyinizi dəstəkləməklə həyatlarının yaxşıya doğru dəyişməsində sizə böyük ümidlər bağlayıb”, - mətndə vurğulanıb.

O, Ukrayna pravoslav kilsəsinə mənsub olan ölkə vətəndaşlarının diskriminasiyaya məruz qaldığını və bu əzabın bitəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,23 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. 

Son xəbərlər

Orphus sistemi