Patriarx Kirill rahibi "Mercedes"ə minməməyə çağırıb

Patriarx Kirill rahibi "Mercedes"ə minməməyə çağırıb Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Moskvadakı Şəfaət Monastrının abbatı Feofaniyanı bahalı “Mercedes Benz S” markalı avtomobilindən imtina etməyə çağırıb.
Region
2577
25 İyul , 2020 17:07
Patriarx Kirill rahibi Mercedesə minməməyə çağırıb

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Moskvadakı Şəfaət Monastrının abbatı Feofaniyanı bahalı “Mercedes Benz S” markalı avtomobilindən imtina etməyə çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə monastrın İctimaiyyətlə əlaqələr üzrə bölməsinin müdiri Vladimir Leqoyda "Telegram" kanalında paylaşıb.

O bildirib ki, monastra verilən ianə və sosial yardımlar xeyriyyə məqsədləri üçün istifadə edilməlidir.

Patriarx bütün rahibləri lüks avtomobillərdən istifadə etməməyə çağırıb.

Məlumata görə, Kirill əvvəllər də bununla bağlı dəfələrlə müraciət edib. Hətta 2012 və 2017-ci illərdə bu barədə iki dəfə tövsiyəsi olub.

Son xəbərlər

Orphus sistemi