Dövlət katibi: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır”

Dövlət katibi: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır” Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır.
Region
15 Noyabr , 2022 10:15
Dövlət katibi: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır”

Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Tərəflər telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşü müzakirə ediblər.

E.Blinken və N.Paşinyan humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, noyabrın 7-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan arasında görüş olub. Nazirlərin ABŞ-ın dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.  

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi