Rusiyanın Baş naziri erməni həmkarının xahişi ilə onu qəbul edib

Rusiyanın Baş naziri erməni həmkarının xahişi ilə onu qəbul edib Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedev Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Yerevan rəsmisinin xahişi ilə görüşüb.
Region
26 yanvar 2019 07:23
Rusiyanın Baş naziri erməni həmkarının xahişi ilə onu qəbul edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedev Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Yerevan rəsmisinin xahişi ilə görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Ermənistan iqtisadi-ticarət əməkdaşlığa və qarşılıqlı münasibətlərə dair başqa aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Xatırladaq ki, yanvarın 25-də Nikol Paşinyan Rusiyaya birgünlük işgüzar səfər edib.

Son xəbərlər

Orphus sistemi