Paşinyanın partiyasından olan deputatın oğlu cinayət törədərək qaçıb

Paşinyanın partiyasından olan deputatın oğlu cinayət törədərək qaçıb Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyanın barəsində axtarış elan edilib.
Region
314
8 May , 2022 14:02
Paşinyanın partiyasından olan deputatın oğlu cinayət törədərək qaçıb
Şant Baqratyan

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

“Report” bu barədə “Shamshyan.com” kriminal xəbər saytına istinadən məlumat verir.

Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Lakin məhkəmənin onun həbsi ilə bağlı qərar çıxarmasından sonra gəncin azadlıqda olduğu üzə çıxıb.

Son xəbərlər

Orphus sistemi