Nikol Paşinyanın adından vətəndaşlara saxta zənglər edilir

Nikol Paşinyanın adından vətəndaşlara saxta zənglər edilir “Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın adından vətəndaşlara yazılı videomaterialdan istifadə edilərək saxta zənglər olunur”.
Region
478
10 Aprel , 2020 18:02
Nikol Paşinyanın adından vətəndaşlara saxta zənglər edilir

“Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın adından vətəndaşlara yazılı videomaterialdan istifadə edilərək saxta zənglər olunur”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, hakim “Mənim addımım” blokunun üzvü Alen Simonyan “Facebook” səhifəsində yazıb.

“Həmin şəxslər vətəndaşlarda hökumət başçısının onlara zəng etdiyi təəssüratını yaratmaq istəyirlər. Bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm”, - A.Simonyan bildirib.

Qeyd edək ki, mart ayının sonunda Nikol Paşinyan “Facebook”dakı canlı yayımda "evdəqal" kampaniyası çərçivəsində “təsadüfi” vətəndaşlarına zəng edib, onların vəziyyəti ilə maraqlanmışdı.

Son xəbərlər

Orphus sistemi