Paşinyanı müayinə etmək üçün Moskvadan Yerevana xüsusi həkim briqadası gəlib

Paşinyanı müayinə etmək üçün Moskvadan Yerevana xüsusi həkim briqadası gəlib Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub.
Region
1560
7 Yanvar , 2021 14:54
Paşinyanı müayinə etmək üçün Moskvadan Yerevana xüsusi həkim briqadası gəlib
Nikol Paşinyan

Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Moskvada vacib danışıqlarda iştirak edəcək Ermənistanın dövlət məmurlarının qanından koronavirusla bağlı nümunələr götürüləcək.

Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Rusiyadan gələn həkimlər onu da müayinə edəcək.

Görüşdə Naxçıvan dəhlizi ilə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir. Görüşə Azərbaycandan da nümayəndə heyətinin getməsi nəzərdə tutulub.

Qeyd edək ki, N.Paşinyan yanvarın 5-dən COVID-19-la bağlı özünütəcrid rejiminə keçib.

Son xəbərlər

Orphus sistemi