KİV: Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı təbliğatda uğursuzluğa uğradıqlarını bildirib

KİV: Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı təbliğatda uğursuzluğa uğradıqlarını bildirib Ermənistanın Baş naziri Nikol Paşinyan komandasının üzvlərinin işindən və qanunverici orqandakı fəaliyyətindən narazı olduğunu bildirib.
Region
10 Aprel , 2019 13:53
KİV: Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı təbliğatda uğursuzluğa uğradıqlarını bildirib
0 : 00
0 : 00

Ermənistanın Baş naziri Nikol Paşinyan komandasının üzvlərinin işindən və qanunverici orqandakı fəaliyyətindən narazı olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Bildirilib ki, aprelin 8-də parlamentin binasında Nikol Paşinyan lideri olduğu “Mənim addımım” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

“Nikol Paşinyan komandasının üzvlərinin işindən və parlamentdəki fəaliyyətindən narazı qaldığını bildirib. O, indiki qanunverici orqanın arzuladığı parlament olmadığını təəssüf hissi ilə qeyd edib. Paşinyan deputatların boş yerə vaxt itirərək iclaslardan yayınmaqla məşğul olduqlarını bildirib. Onun narazı qaldığı məsələlərdən biri komanda üzvlərinin Paşinyanın siyasi xəttinə riayət etməmələri olub. Bəzi deputatlar Azərbaycan Prezidenti İlham ƏliyevDağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı keçirdiyi görüşlə maraqlanıb. Baş nazir deputatların Dağlıq Qarabağ münaqişəsi barədə təsəvvürlərinin çox səthi olmasından narazılığını dilə gətirib. O bildirib ki, bu məsələ ilə bağlı deputatlar elementar mövzular barədə danışa bilmirlər. Baş nazir Qarabağ münaqişəsi ilə bağlı təbliğat sahəsində uğursuzluğa uğradıqlarından hiddətlənərək deyib: “Bilmirəm, sizin bu məsələ barədə danışmağınız, yoxsa susmağınız yaxşıdır”, - qəzet yazıb.

“Joqovurd” qəzetinin yazdığına görə, N.Paşinyanın "məxməri inqilab"ın ildönümünün yekunlarını nəzərdən keçirməsi nəticəsində bəzi məmurlar tutduqları vəzifədən azad ediləcəklər. Bildirilib ki, baş nazir məmurlardan bir il ərzində gördükləri işlərin hesabatını tələb edib. 

Son xəbərlər

Orphus sistemi