Paşinyan Nazirlər Kabinetinin istefasını tələb edib

Paşinyan Nazirlər Kabinetinin istefasını tələb edib Bakı. 27 aprel. REPORT.AZ/ Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökumətdən istefaya getməsini tələb edib.
Region
27 Aprel , 2018 22:39
Paşinyan Nazirlər Kabinetinin istefasını tələb edib

Bakı. 27 aprel. REPORT.AZ/ Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökumətdən istefaya getməsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, o, həmçinin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Müxalifət lideri ultimatumla çıxış edərək bildirib ki, baş nazir vəzifəsinə xalqın arasından çıxan nümayəndənin seçilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərini boykot edəcək.

Ermənistanın hakim partiyası isə bütün siyasi qüvvələri danışıqlar masası ətrafına əyləşməyə və vəziyyətdən konstruktiv çıxış yolu tapmaşa çağırıb.

Son xəbərlər

Orphus sistemi