Paşinyan: "Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır"

Paşinyan: "Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır" Ermənistanın 25 ildən çoxdur ki, olduğu blokadanın aradan qaldırılmasını nəzərdə tutan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı
Region
510
20 Sentyabr , 2021 15:27
Paşinyan: Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır
Nikol Paşinyan

Ermənistan 25 ildən çoxdur olduğu blokadanın aradan qaldırılmasını nəzərdə tutan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hökumət sədrinin müavini Aleksey Overçukla İrəvanda keçirilmiş görüş zamanı bildirib.

“Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq. Belə ki, Ermənistanın 25 ildən çoxdur olduğu blokadanın aradan qaldırılması imkanını bunda görürük. Ümid edirik ki, işlərin nəticəsində konkret qərarlar olacaq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi