Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir

Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı nümayəndə heyətinin başçısı səfir Vasilisi Maraqosu qəbul edib.
Region
2 Oktyabr , 2023 17:37
Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) ölkəsində planlaşdırdığı layihələrə 2,6 milyard dollar ayırmasının vacibliyini vurğulayıb.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin başçısı səfir Vasilisi Maraqosla görüşdə bildirib.

Bildirilib ki, tərəflər Aİ ilə Ermənistan əməkdaşlığının müxtəlif istiqamətlərini, xüsusi ilə ölkədə reallaşdırılan demokratik islahatlara dair məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi