Parlamentin vitse-spikeri: "Ermənistan AİB-dən çıxmaq niyyətində deyil"

Parlamentin vitse-spikeri: "Ermənistan AİB-dən çıxmaq niyyətində deyil" Naqdalyan: "Ermənistanın AİB-dən çıxması haqqında deyilənlər əsassız və əsaslandırılmamışdır"
Region
15 Aprel , 2016 11:13
Parlamentin vitse-spikeri: Ermənistan AİB-dən çıxmaq niyyətində deyil

Bakı. 15 aprel. REPORT.AZ/ "Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyətində deyil". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyan deyib.

"Ermənistanın AİB-dən çıxması haqqında deyilənlər əsassız və əsaslandırılmamışdır. Biz AİB-dən çıxış məsələsinin aktual olduğunu hesab etmirik", - deyə E.Naqdalyan bildirib.

Xatırladaq ki, dünən qərbyönlü "Azad demokratlar" müxalifət partiyasının sədri, Ermənistan Milli Məclisinin deputatı Xaçatur Kokobelyan parlamentə "Ermənistan Respublikasının Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünə vaxtından əvvəl xitam verilməsi haqqında" bəyanat layihəsi təqdim etmişdi. Bəyanat layihəsində AİB-ə daxil olmağın Ermənistan üçün təcrid edilmə və xarici investisiyaların azalmasıyla nəticələndiyi bildirilib.

Qeyd edək ki, AİB Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 1 yanvar 2015-ci ildən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. Birliyin üzvləri sırasında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan yer alır.

Son xəbərlər

Orphus sistemi