Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində "Belucistan Milli Ordusu" terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Pakistan ordusunun məlumatına görə, antiterror əməliyyatı Sibbi rayonunda keçirilib.
Terroçularla atışma zamanı bir pakistanlı əsgər həlak olub.
Əməliyyat zamanı çoxlu sayda silah və sursat ələ keçirilib.