Bakı. 5 dekabr. REPORT.AZ/ Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirziyoyev qalib gəlib.
“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri bildirib.
Məlumata görə, Ş.Mirziyoyev 88,61 faiz səs toplayıb.
Ş.Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası, parlamentin Aşağı Palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəd olublar.
Xatırladaq ki, Özbəkistanın birinci Prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində vəfat edib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirziyoyev yerinə yetirir.