Özbəkistanda son 11 saatda koronavirusa yoluxma faktı qeydə alınmayıb.
“Report” “Central Asia”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Mərkəzi Asiya ölkəsində indiyədək 2 189 yoluxma halı aşkarlanıb. Onlarda 1 405 nəfər sağalıb, 10 nəfər isə ölüb. 774 nəfərin müalicəsinin uğurla keçdiyi bildirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 000-i ötüb. Bunların 1 200 282 nəfəri sağalıb, 252 420 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.