Özbəkistanda koronavirusa yoluxanların sayı artıb

Özbəkistanda koronavirusa yoluxanların sayı artıb Özbəkistanda ötən sutkada daha 46 yoluxma hadisəsi qeydə alınıb.
Region
25 Aprel , 2020 10:21
Özbəkistanda koronavirusa yoluxanların sayı artıb

Özbəkistanda ötən sutkada daha 46 yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı Özbəkistanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının ümumi sayı 1 836-ya yüksəlib.

Ölkədə indiyədək 621 nəfər sağalsa da, 8 nəfər COVID-19-un qurbanı olub.

Son 3 gündə Özbəkistanda yoluxma hallarının artdığı bildirilib. Aprelin 23-nə olan məlumata əsasən, sutkada 38, aprelin 24-ündə yayılan xəbərə görə son 24 saatda 42, aprelin 25-nin məlumatına əsasən isə bir sutkada 46 yoluxma hadisə qeydə alınıb.

Özbəkistanda aprelin 1-dən özünü təcrid rejimi tətbiq edilir. Karantin müddətini xüsusi komissiya mayın 10-dək uzadıb. Yaşı 65-dən yuxarı olanlara evdən çıxmaq qadağan olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi