Özbəkistanda koronavirusa yoluxanların sayı 8 mini ötdü

Özbəkistanda koronavirusa yoluxanların sayı 8 mini ötdü Özbəkistanda son sutkada daha 306 nəfər COVID-19-a yoluxub.
Region
29 İyun , 2020 10:52
Özbəkistanda koronavirusa yoluxanların sayı 8 mini ötdü

Özbəkistanda son sutkada daha 306 nəfər COVID-19-a  yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bu, pandemya başlayandan sutkalıq ən yüksək yoluxma sayılır. İyunun 27-də 269 nəfərdə koronavirus aşkarlanmışdı. 

Bununla da Özbəkistanda yoluxanların sayı 8 031 nəfərə çatıb, 5 240 pasiyent müalicə alaraq sağalıb. Son sutkada biri həkim olmaqla iki nəfər ölüb. Pandemiya qurbanlarının sayı 22-yə yüksəlib.

Bir müddət əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirmişdi ki, koronavirusla bağlı vəziyyət çox mürəkkəb xarakter alır.

Son xəbərlər

Orphus sistemi