Özbəkistanda koronavirusa yoluxanların sayı 500-ü ötdü - YENİLƏNİB

Özbəkistanda koronavirusa yoluxanların sayı 500-ü ötdü - YENİLƏNİB Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.
Region
167
8 Aprel , 2020 17:48
Özbəkistanda koronavirusa yoluxanların sayı 500-ü ötdü - YENİLƏNİB

Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb. 

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. 

Beləliklə, ölkədə qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 545-ə çatıb.


*** 10:04

Özbəkistanda son sutkada 62 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 8-inə olan məlumata görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 534 nəfər təşkil edir”, - nazirliyin “Telegram” kanalında bildirilib.

Yoluxma faktları stasionar şəraitdə karantin altında olan vətəndaşlarda qeydə alınıb.

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı 472 nəfər idi.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 432 000-i ötüb. Bunların 302 247 nəfəri sağalıb, 82 101 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi