Özbəkistanda koronavirusa yoluxanların sayı 2 160-a yüksəldi

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 160-a yüksəldi Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.
Region
4 May , 2020 09:34
Özbəkistanda koronavirusa yoluxanların sayı 2 160-a yüksəldi

Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 160-a çatıb.

Mərkəzi Asiya ölkəsində virusdan 1 319 nəfəri sağalsa da, 9 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 566 000-i ötüb. Bunların 1 156 982nəfəri sağalıb, 248304nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi