Özbəkistanda koronavirusa yoluxanların sayı 1887-yə çatdı

Özbəkistanda koronavirusa yoluxanların sayı 1887-yə çatdı Özbəkistanda ötən sutkada 18 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
27 Aprel , 2020 09:38
Özbəkistanda koronavirusa yoluxanların sayı 1887-yə çatdı

Özbəkistanda ötən sutkada 18 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 887-yə yüksəlib.

Qeyd edək ki, aprelin 26-na olan məlumata görə, ölkədə indiyədək 789 nəfər sağalsa da, 8 nəfər COVID-19-un qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 510 nəfəri sağalıb, 207 008 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi