Özbəkistanda əyləncəli verilişlərin yayımı dayandırılıb

Özbəkistanda əyləncəli verilişlərin yayımı dayandırılıb Onların yerinə maarifləndirici verilişlər yayımlanır
Region
183
2 Sentyabr , 2016 17:16
Özbəkistanda əyləncəli verilişlərin yayımı dayandırılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Özbəkistanın dövlət televiziya kanallarında bütün əyləncəli verilişlərin yayımı dayandırılıb.

"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu gün televiziya verilişlərinin efirə çıxışının detallarının müzakirəsi ilə bağlı yığıncaq olacaq. Hazırda televiziyalarda reklamların, teleserialların və bədii filmlərin, eləcə də əyləncə xarakterli verilişlərin yayımı dayandırılıb.

Xəbərdə bildirilib ki, onların yerinə Özbəkistanın tarixi, müstəqillik illərində əldə etdiyə nailiyyətlərlə bağlı maarifləndirici verilişlər yayımlanır. 

Son xəbərlər

Orphus sistemi