Bakı 22 dekabr. REPORT.AZ/ Özbəkistanda eks-prezident İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, general-mayor Muicon Tohiri saxlanılıb.
Report "İnterfaks"a istinadən xəbər verir ki, Özbəkistan Baş Prokurorluğu bir sıra yerli KİV-lərdə onun həbs olunduğu barədə məlumatı təsdiqləyib.
"Muicon Tohiri həqiqətən saxlanılıb, ona qarşı istintaq tədbirləri aparılır", - qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib.
Baş Prokurorluğun nümayəndəsi əlavə məlumat verməyib.