Özbəkistanda bəzi tibbi məmulat və avadanlıqlar vergidən azad edildi

Özbəkistanda bəzi tibbi məmulat və avadanlıqlar vergidən azad edildi Özbəkistan prezidenti Şavkat Mirziyoyev əhalinin dərman vasitələri və digər tibbi ləvazimatla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Region
30 Mart , 2020 21:08
Özbəkistanda bəzi tibbi məmulat və avadanlıqlar vergidən azad edildi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev əhalinin dərman vasitələri və digər tibbi ləvazimatla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncamda bildirilib ki, lazımi dərman vasitələri, tibbi məmulat və texnika gömrük vergisindən azad edilib. Eyni zamanda dərman qiymətlərinin süni artımının qarşısının alınmasına nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Özbəkistanda qeydə alınmış koronavirus faktlarının sayı 149-dur. Bunlardan 2-si ölümlə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi