Özbəkistanın xarici işlər naziri Vladimir Norov dekabrın 12-14-də ABŞ-da səfərdə olacaq.
“Report” “Podrobno.uz”a isinadən xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Vladimir Norovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ və Özbəksitan arasında strateji tərəfdaşlıq dialoqunun ikinci iclasında iştirak edəcək.
Məlumata görə, səfər çərçivəsində Vladimir Norov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə də görüşəcək.
Xatırladaq ki, 2020-ci ilin noyabrında Vaşinqtonda Özbəkistan-Amerika siyasi məsləhətləşmələrinin yekunlarına əsasən, iki ölkə hökumətlərinin illik müntəzəm təmaslar formatını Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarı ilə bağlı birgə bəyanat qəbul edilib. Dialoqun ilk iclası 2021-ci il dekabrın 13-də Daşkənddə keçirilib.