Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər Faktla bağlı araşdırma aparılır
Region
7 aprel 2018 06:53
Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər
AP Photo / Anvar Ilyasov

Bakı. 7 aprel. REPORT.AZ / Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşına atəş açıblar, nəticədə kişi ölüb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, aprelin 7-də Qırğızıstanın Cəlalabad vilayətinin Aksıkay rayonunun Mamay adlı ərazisində Özbəkistan hərbçiləri Qırğızıstan vətəndaşı – Kuruluş kəndinin sakini, 1984-ci il təvəllüdlü F.M.-ə qarşı silah tətbiq ediblər. Qırğızıstan ərazisində olan F.M. xəstəxanada vəfat edib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hazırda hdisənin səbəblərini araşdırmaq üçün hər iki tərəfin iştirakı ilə görüş keçirilir.

Son xəbərlər

Orphus sistemi