Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan-Türkiyə formatında görüşdə iştirak etmək üçün Daşkənddə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bildirib.
Görüşdə yüksək səviyyəli sazişlərin reallaşdırılması kontekstində ölkələr arasında çoxşaxəli əməkdaşlığın gələcək genişləndirilməsi məsələləri nəzərdən keçirilib.