Özbəkistan prezidenti ilk rəsmi səfərini Qazaxıstana edəcək

Özbəkistan prezidenti ilk rəsmi səfərini Qazaxıstana edəcək Tərəflər arasında mübahisəli sərhəd məsələsi öz həllini tapıb
Region
24 Fevral , 2017 17:31
Özbəkistan prezidenti ilk rəsmi səfərini Qazaxıstana edəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilk xarici rəsmi səfərini Qazaxıstana edəcək.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin birinci müavini Açılbay Ramatov bildirib.

Onun sözlərinə görə, Özbəkistan Qazaxıstanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirəmək istəyir.

Məlumata görə, səfərin martın 22-23-də reallaşacağı gözlənilir.

Qeyd edək ki, iki ölkə arasında etnik zəmində münaqişə olmayıb. 2008-ci ildə Özbəkistanın o vaxtkı prezidenti İslam Kərimov Qazaxıstana səfər edib. Bu səfərdən sonra Özbəkistanın Ədliyyə Nazirliyi Qazaxıstan Mədəniyyət Mərkəzinin fəaliyyətində ciddi qanun pozuntusu aşkarladığını açıqlamışdı.

Sonrakı illərdə tərəflər münasibətləri normallaşdırmağa başlayıb.

Özbəkistanla Qazaxıstan arasında münasibətlər 2016-cı ildə sabitləşib. Tərəflər arasında mübahisəli sərhəd məsələsi həllini tapıb.

Son xəbərlər

Orphus sistemi