Bakı. 29 avqust. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimov beyninə qan sızması nəticəsində reanimasiyaya yerləşdirilib.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə prezidenti qızı Lola Kərimova-Tillyayeva "Instagram" və "Facebook"dakı səhifəsində yazıb.
O, İ.Kərimovun beyinə qan sızması diaqnozu ilə avqustun 27-də səhər saatlarında xəstəxanaya yerləşdirildiyini yazıb. Prezidentin qızı atasının gələcək vəziyyəti barədə proqnoz verməyin hələ tez olduğunu da sözlərinə əlavə edib.