Özbəkistanda helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb, ölənlər var

Özbəkistanda helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb, ölənlər var Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.
Region
17 noyabr 2023 17:50
Özbəkistanda helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb, ölənlər var

Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olub. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.

Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.

Son xəbərlər

Orphus sistemi