Özbəkistan bankları Rusiyanın "Mir" ödəniş kartlarına xidməti dayandırıb

Özbəkistan bankları Rusiyanın "Mir" ödəniş kartlarına xidməti dayandırıb Özbəkistan bankları 23 sentyabr saat 09:00-dan etibarən "Mir" ödəniş sisteminin kartlarına xidməti və "Uzcard-Mir" birgə nişanlı kartların xaricdə fəaliyyətini dayandırıb.
Region
23 Sentyabr , 2022 11:00
Özbəkistan bankları Rusiyanın Mir ödəniş kartlarına xidməti dayandırıb

Özbəkistan bankları 23 sentyabr saat 09:00-dan etibarən "Mir" ödəniş sisteminin kartlarına xidməti və "Uzcard-Mir" birgə nişanlı kartların xaricdə fəaliyyətini dayandırıb.

"Report" "fergana.media"ya istinadən xəbər verir ki, bu barədə "Uzcard" Vahid Respublika Prosessinq Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, buna texniki zəruri prosedurlar səbəb olaraq göstərilir. Bildirilib ki, Özbəkistan ərazisində "Uzcard-Mir" birgə nişanlı kartları adi rejimdə işləyir.

Qeyd edək ki, "Mir" ödəniş kart sistemini 2015-ci ildə Rusiya təsis edib.

Son xəbərlər

Orphus sistemi