Ötən il Gürcüstanın hava limanlarından 5 milyondan çox sərnişin istifadə edib

Ötən il Gürcüstanın hava limanlarından 5 milyondan çox sərnişin istifadə edib Gürcüstan hava limanlarında ötən il 5 200 419 sərnişinə xidmət göstərilib.
Region
9 Yanvar , 2020 14:52
Ötən il Gürcüstanın hava limanlarından 5 milyondan çox sərnişin istifadə edib

Gürcüstan hava limanlarında ötən il 5 200 419 sərnişinə xidmət göstərilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.

2018-ci illə müqayisədə sərnişin axınında 3% artım qeydə alınıb.

Hesabat ilində Tbilisi beynəlxalq hava limanında 3 692 202 sərnişinə xidmət göstərilib ki, bu da illik müqayisədə 3% azdır.

Batumi aeroportundan istifadə edən sərnişinlərin sayı isə 4% artaraq 624 178 nəfər təşkil edib.

Kutaisi hava limanında sərnişin axınında illik müqayisədə 42% artım olub. Ötən il bu aeroportdan 873 907 sərnişin (+42%) istifadə edib.

2019-cu ildə qonşu ölkənin yerli aeroportlarında da sərnişin daşınmasında artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi