Ötən il Gürcüstanda nikahdankənar 17 mindən çox uşaq doğulub

Ötən il Gürcüstanda nikahdankənar 17 mindən çox uşaq doğulub Ötən il Gürcüstanda 17 375 uşaq nikahdankənar doğulub.
Region
25 Sentyabr , 2019 13:57
Ötən il Gürcüstanda nikahdankənar 17 mindən çox uşaq doğulub

Ötən il Gürcüstanda 17 375 uşaq nikahdankənar doğulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Nikahdankənar dünyaya gələn uşaqlar ümumi doğulanların 34%-ni təşkil edib. Hesabatda qeyd olunub ki, nikahdan kənar doğum hallarının yüksək səviyyəsi dini nikahların nəticəsidir ki, bunun da heç bir hüquqi əsası yoxdur.

Qonşu ölkədə 2016-cı ildə nikah olmadan doğulanların sayı 18 104, 2017-ci ildə 18 689 təşkil edib. 2018-ci ildə rəsmi nikahla dünyaya gələn uşaqların sayı isə 1 394 nəfər artaraq 33 760-a bərabər olub.

2018-ci ildə Gürcüstanda diri doğulanların 26 538-i oğlan, 24 600-ü isə qız olub. Cinsi nisbətə gəlincə doğulan 100 qız uşağına 107,9 oğlan düşüb.

Son xəbərlər

Orphus sistemi