Ötən il Gürcüstan vətəndaşlığının alınması üçün 200-dən çox müraciət təmin edilməyib

Ötən il Gürcüstan vətəndaşlığının alınması üçün 200-dən çox müraciət təmin edilməyib 2 400 müraciətə imtina cavabı verilib
Region
26 Aprel , 2021 16:01
Ötən il Gürcüstan vətəndaşlığının alınması üçün 200-dən çox müraciət təmin edilməyib

Ötən il Gürcüstan vətəndaşlığının təqdim olunması ilə bağlı 8 minə yaxın müraciət təmin edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər müavini Vaxtanq Batiaşvili parlamentdə hesabatla çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə müxtəlif növ yaşayış icazəsinin alınması ilə bağlı 18 minə yaxın müraciətə müsbət rəy verilib.

DTX rəsmisi qeyd edib ki, dövlət təhlükəsizliyi maraqları nəzərə alınmaqla vətəndaşlığın alınması üçün 200-dən müraciət təmin edilməyib və yaşayış izni ilə bağlı təxminən 2 400 müraciətə imtina cavabı verilib.

Son xəbərlər

Orphus sistemi