Ötən il 220 Azərbaycan vətəndaşı Gürcüstanın orta məktəblərinə qəbul edilib

Ötən il 220 Azərbaycan vətəndaşı Gürcüstanın orta məktəblərinə qəbul edilib Ötən il Gürcüstanın ümumi təhsil müəssisələrinə Azərbaycan vətəndaşı olan 220 şagird qəbul olunub.
Region
4 Noyabr , 2019 17:22
Ötən il 220 Azərbaycan vətəndaşı Gürcüstanın orta məktəblərinə qəbul edilib

Ötən il Gürcüstanın ümumi təhsil müəssisələrinə Azərbaycan vətəndaşı olan 220 şagird qəbul olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında əks olunub.

İllik müqayisədə qonşu ölkədə ümumi təhsil alan Azərbaycan vətəndaşlarının sayı 45 nəfər artıb.

2018-ci ildə Gürcüstanda orta məktəblərə qəbul olunan əcnəbi şagirdlərin 75%-ni Rusiya, Azərbaycan, Ukrayna, İran, Türkiyə və Ermənistan vətəndaşları təşkil edib. 2015-2018-ci illərdə Gürcüstanın ictimai məktəblərinə, ümumilikdə, 770 Azərbaycan vətəndaşı olan şagird yerləşdirilib. Son dörd ildə qonşu ölkənin ictimai məktəblərinə qəbul olunan əcnəbi şagirdlərin 11%-ni Azərbaycan vətəndaşları təşkil edib.

Hesabat dövründə Gürcüstanın orta təhsil müəssisələrinə ən çox Rusiya vətəndaşları (2 027) daxil olub. Ötən il qonşu ölkənin orta məktəblərinə, ümumilikdə, 2 400 əcnəbi şagird qəbul edilib. İllik müqayisədə bu şagirdlərin sayı 830 nəfər artıb. Şagirdlərin 1 065 nəfəri özəl, 1 335 nəfəri isə dövlət məktəblərinə daxil olub.

Son xəbərlər

Orphus sistemi