Ötən gün Tbilisidə keçirilən mitinq zamanı 34 nəfər saxlanılıb, 12 polis yaralanıb

Ötən gün Tbilisidə keçirilən mitinq zamanı 34 nəfər saxlanılıb, 12 polis yaralanıb Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində dekabrın 2-də keçirilən mitinq zamanı hüquq-mühafizə orqanları 34 nəfəri saxlayıb.
Region
3 Dekabr , 2024 13:11
Ötən gün Tbilisidə keçirilən mitinq zamanı 34 nəfər saxlanılıb, 12 polis yaralanıb

Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində dekabrın 2-də keçirilən mitinq zamanı hüquq-mühafizə orqanları 34 nəfəri saxlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən “İnterpress-News” Agentliyinə verilən məlumata görə, onlara qanunvericiliyə əsasən inzibati xətalar üzrə ittiham irəli sürülüb.

Bundan əlavə, agentlik qeyd edir ki, dünənki aksiya zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Saxlanılan şəxslər müxtəlif müvəqqəti saxlama izolyatorlarına köçürülüblər.

Son xəbərlər

Orphus sistemi