Ötən ay Gürcüstanda iqtisadi artım azalıb

Ötən ay Gürcüstanda iqtisadi artım azalıb Mart ayında Gürcüstanda ÜDM-in real artım tempi illik müqayisədə mənfi 2,7%-ə bərabər olub.
Region
30 Aprel , 2020 11:27
Ötən ay Gürcüstanda iqtisadi artım azalıb

Mart ayında Gürcüstanda ÜDM-in real artım tempi illik müqayisədə mənfi 2,7%-ə bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin I rübündə ÜDM-in orta real artım tempi isə illik müqayisədə 1,5% təşkil edib.

Hesabat ayında tikinti, informasiya və kommuniyasiya sahələrində artım olub.

Yerləşdirmə və qida xidmətləri, nəqliyyat və anbar təsərrüfatı, əyləncə və istirahət, topdan və pərakəndə satış, minik avtomobilləri və motosikllərin təmiri, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz, kondisioner təchizatı, istehsal, daşınmaz əmlak sahələrində isə azalma qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi