Orxan Camalın meyiti Rusiyaya avqustun 5-də gətiriləcək

Orxan Camalın meyiti Rusiyaya avqustun 5-də gətiriləcək Bakı. 3 avqust. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən üç rusiyalı jurnalistin meyiti ölkə paytaxtı Banqidən avqustun 3-də axşam saatlarında göndəriləcək, Rusiyaya isə avqustun 5-nə keçən gecə çatacaq.
Region
3 Avqust , 2018 14:26
Orxan Camalın meyiti Rusiyaya avqustun 5-də gətiriləcək
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ "Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən üç rusiyalı jurnalistin meyiti ölkə paytaxtı Banqidən avqustun 3-də axşam saatlarında göndəriləcək, Rusiyaya isə avqustun 5-nə keçən gecə çatacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın MAR-dakı müvəqqəti işlər vəkili Viktor Tokmakov bildirib.

Onun sözlərinə görə, meyitlər bu gün Banqi-Paris və sonra Paris-Moskva reysləri ilə Rusiyaya aparılacaq.

Qeyd edək ki, iyulun 31-də Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi