Orenburq şəhər rəhbərliyi azərbaycanlı ailəsində baş verən hadisə ilə bağlı başsağlığı verib

Orenburq şəhər rəhbərliyi azərbaycanlı ailəsində baş verən hadisə ilə bağlı başsağlığı verib Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın Orenburq şəhərinin meri Yevgeni Arapov və Şəhər Şurasının sədri Olqa Bereznyova azərbaycanlı ailəsində baş verən yanğında ölümlə nəticələnən hadisə ilə bağlı başsağlığı veriblər.
Region
13 Fevral , 2018 11:57
Orenburq şəhər rəhbərliyi azərbaycanlı ailəsində baş verən hadisə ilə bağlı başsağlığı verib

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın Orenburq şəhərinin meri Yevgeni Arapov və Şəhər Şurasının sədri Olqa Bereznyova azərbaycanlı ailəsində baş verən yanğında ölümlə nəticələnən hadisə ilə bağlı başsağlığı veriblər.

Bu barədə "Report" "RİA56"ya istinadən xəbər verir.

"Orenburq insanların xəsarət aldığı və həlak olduğu yanğın baş verib. Təəssüf ki, ölənlər arasında uşaqlar da var. Bu, ailə, yaxınları üçün böyük dərddir, bütün orenburqlular üçün böyük faciədir. Ölənlərin qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik, xəsarət alanların tezliklə sağalacağına ümid edirik", - şəhər meriyasının açıqlamasında deyilir.

Bundan əlavə, Orenburqda başverənlərlə əlaqədar fövqəladə hallar barədə xəbərdarlıq, onların aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müşavirə keçirilib.

Qeyd edək ki, dünən Orenburqda baş verən güclü yanğın nəticəsində azərbaycanlı ailənin 4 üzvü ölüb, 5 üzvü isə müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi