Oliksiy Danilov: "Krımın ən qısa zamanda bizim olması üçün çalışırıq"

Oliksiy Danilov: "Krımın ən qısa zamanda bizim olması üçün çalışırıq" “Krım mütləq bizim olacaq. Biz bunun ən qısa zamanda baş verməsi üçün çalışırıq”.
Region
8 avqust 2023 07:25
Oliksiy Danilov: Krımın ən qısa zamanda bizim olması üçün çalışırıq

“Krım mütləq bizim olacaq. Biz bunun ən qısa zamanda baş verməsi üçün çalışırıq”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov telemarafonun efirində deyib.

O bildirib ki, Rusiya vətəndaşları Krımla bağlı bağlı proseslərin gedişatından artıq xəbərdardırlar: “Ötən illə müqayisədə bu il Krımda istirahət edənlər 54% azalıb”.

Qeyd edək ki, daha əvvəl yerli əhalinin Krımdan çıxmağa başlaması barədə məlumat yayılmışdı.

Xatırladaq ki, rəsmi Kiyev Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü təmin olunana qədər müharibənin davam edəcəyini elan edib.

Krım yarımadası 2014-cü ildə ilhaq olunub.

Son xəbərlər

Orphus sistemi