Ölən hərbçilərin qohumları Paşinyanı qəbiristanlığa buraxmaq istəməyib

Ölən hərbçilərin qohumları Paşinyanı qəbiristanlığa buraxmaq istəməyib “Yerablur”a o, bizim meyitimizin üstündən keçib, gedə bilər”
Region
19 Dekabr , 2020 14:37
Ölən hərbçilərin qohumları Paşinyanı qəbiristanlığa buraxmaq istəməyib
Nikol Paşinyan

Azərbaycanın Qarabağ bölgəsindəki müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, adi vətəndaşlar və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanı “Yerablur” qəbiristanlığına buraxmaq istəməyib

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

“Biz artıq susa bilmərik. Nikol Paşinyanın bizimlə bir yerdə ölən oğullarımızın xatirəsini yad etməyə icazə verməyəcəyik. “Yerablur”a o, bizim meyitimizin üstündən keçib, gedə bilər”, ölən əsgərin qohumu bildirib.

Qeyd edək ki, dekabrın 19-dan Ermənistanda 3 günlük matəm başlayıb. Nikol Paşiyan hökumət üzvləri, məmurlar və tərəfdarları ilə birlikdə hökumət binasının qarşısından qəbiristanlığa matəm yürüşü edib.

Son xəbərlər

Orphus sistemi