Bakı. 21 mart. REPORT.AZ/ İmralı adasında ömürlük həbs cəzası çəkən "Kürdistan İşçilər Partiyası"nın (KİP) lideri Abdulla Öcalan Türkiyə hökuməti ilə münaqişənin sülh yolu həlli planını təqdim etməyə hazırdır.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, fevralın sonlarında terror partiyasının lideri öz tərəfdaşlarını keçirilməsi yaxın aylara planlaşdırılan Tərksilah üzrə Sülh Konfransında iştirak etməyə çağırıb.
Qeyd edək ki, 30 il ərzində KİP və türk hərbçiləri arasında silahlı qarşıdurmalarda ən az 40 min insan həlak olub.