KİV: "Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir"

KİV: "Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir" Rusiya Ukraynanın Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərindən əməkdaşlarını təxliyə etməyə hazırlaşır.
Region
18 Yanvar , 2022 10:27
KİV: Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir

Rusiya Ukraynanın Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərindən əməkdaşlarını təxliyə etməyə hazırlaşır.

“Report” ABŞ-ın “New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik orqanındakı yüksəkvəzifəli əməkdaş məlumat verib.

Nəşrin xəbərinə görə, hələ yanvarın 5-də 18 nəfər ölkəni tərk edib. Onlar əsasən diplomatların uşağı və həyat yoldaşları olub. Daha 30 nəfər yaxın vaxtda Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərdən ayrılacaq. Bu qərarın nə ilə bağlı olduğu hələ ki bəlli deyil.

Bundan başqa, ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, Vaşinqtonun gözlənilən təxliyədən xəbəri olub.

“Bununla belə, rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin hələ də Ukraynaya hücumla bağlı yekun qərar vermədiyini düşünür”, - “New York Times” qeyd edir.

Bundan əlavə, ukraynalı mənbə vurğulayıb ki, rəsmi Kiyev Rusiya qoşunlarının təlimlər üçün Belarusa yeridilməsindən ehtiyat edir. Ukrayna bunun ölkəni şimaldan, şərqdən və cənubdan hücuma məruz qoymağa hesablandığını düşünür.

Son xəbərlər

Orphus sistemi