Nursultan Nazarbayev qızını Qazaxıstan baş nazirinin müavini təyin edib

Nursultan Nazarbayev qızını Qazaxıstan baş nazirinin müavini təyin edib Dariqa Nazarbayeva bu təyinatadək ölkə parlamentinin sədr müavini işləyib
Region
11 Sentyabr , 2015 16:41
Nursultan Nazarbayev qızını Qazaxıstan baş nazirinin müavini təyin edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariqa Nazarbayevanı ölkənin baş nazirinin müavini təyin edib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkə prezidentinin sərəncamı ilə Dariqa Nazarbayeva baş nazirin müavini təyin edilib.

O bu vəzifədə Berdibek Saparbayevi əvəz edib. B.Saparbayev isə Aktübinsk vilayətinə başçı təyin edilib.

D.Nazarbayeva bu təyinatadək ölkə parlamentinin (Aşağı Palatanın) sədr müavini işləyib. 

Son xəbərlər

Orphus sistemi