Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək

Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək Bakı. 31 may. REPORT.AZ/ Qazaxıstan Senatının komitəsi Prezident Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Region
31 May , 2018 09:20
Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev / kazembassy.lt
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Qazaxıstan Senatının komitəsi Prezident Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, layihəni Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları üzrə Komitəsi hazırlayıb və qəbul edib. 

Qanun layihəsində qeyd olunub ki, Qazaxıstan Respuiblikasının birinci prezidentinin – Elbaşının tarixi missiyasına əsasən, Təhlükəsizlik Şurasına ömürlük başçılıq etmək ona məxsusdur.

Layihə Senatda da təsdiqlənməlidir. 

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan Məclisi (parlamentin Aşağı Palatası) ikinci oxunuşda Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük başçılıq etməsi barədə qanun layihəsinin təsdiqləmişdi. 

Son xəbərlər

Orphus sistemi