Nursultan Nazarbayev nikahdankənar iki oğlunun olduğunu etiraf edib

Nursultan Nazarbayev nikahdankənar iki oğlunun olduğunu etiraf edib Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı yeni kitabında ilk dəfə nikahdankənar iki oğlunun olduğunu etiraf edib.
Region
30 noyabr 2023 12:18
Nursultan Nazarbayev nikahdankənar iki oğlunun olduğunu etiraf edib

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı yeni kitabında ilk dəfə nikahdankənar iki oğlunun olduğunu etiraf edib.

“Report” xəbər verir ki, bu barədə yerli “Orda.kz” bildirib.

Məlumata görə, Nursultan Nazarbayevin kitabı yaxın günlərdə satışa çıxarılacaq. Kitabın ilk nüsxəsi siyasətçilərə, mütəxəssislərə və jurnalistlərə təqdim olunub.

Kitabda 2011-ci ildə Janaozendə baş verən iğtişaşlar, 2019-cu ildə hakimiyyətin ötürülməsi və 2022-ci ilin yanvarında baş verən kütləvi iğtişaşlardan da bəhs olunub. Hazırkı prezident Kasım-Jomart Tokayevin də kitabda adı çəkilib. Bundan başqa “Mənim həyatım”da əvvəllər heç kimin eşitmədiyi hadisələrin təfərrüatları da var. Nursultan Nazarbayevin kitabda ilk dəfə olaraq ikinci ailəsi, Asel İsabayeva və iki oğlu haqqında etirafı əks olunub.

Bildirilib ki, o, müsəlman adəti üzrə Asel adlı qadınla evlənib. İddialara görə, 2005-ci ildə Tauman, 2008-ci il Baiken adlı oğulları dünyaya gəlib. Məlumata görə, N. Nazarbayevin rəsmi həyat yoldaşı Sara xanım bu məsələyə anlayışla reaksiya verib.

Qeyd edək ki, Nursultan Nazarbayevlə Sara Nazarbayevanın Dariqa, Dinara və Aliya adlı 3 qızı var. Onun iki oğlu barədə əvvəllər məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi