Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb

Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Region
21 Noyabr , 2020 15:09
Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedəki partlayış nəticəsində bir nəfər ölüb, 33 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəhərdəki idarəsinin Mətbuat xidməti yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Paytaxtın icra hakimiyyətinin başçısı Altay Kulqinov bildirib ki, ölənin ailəsinə yardım göstəriləcək.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Son xəbərlər

Orphus sistemi