Novruz bayramı Marneulidə geniş qeyd olunub - FOTO

Novruz bayramı Marneulidə geniş qeyd olunub - FOTO Marneuli. 21 mart. REPORT. AZ/ Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub.
Region
21 Mart , 2018 13:09
Novruz bayramı Marneulidə geniş qeyd olunub - FOTO
Foto: "Report"

Marneuli. 21 mart. REPORT. AZ/ Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrini əks etdirən atributlar nümayiş olunub.

Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələn Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və Qaçqınların İşi üzrə nazir Sozar Subari şənliklərdə iştirak ediblər. Bayram tonqalını alovlandıran hökumət üzvlərı Novruz adət-ənənələri ilə tanış olublar.

Qonaqlara Novruz bayramının özəllikləri barədə məlumat verilib. Gürcü nazirlər samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar, idmançıların çıxışlarını da izləyiblər.

Nəzirlər bu gözəl Bahar bayramı günündə Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıblar. Azərbaycan xalqını salamlayan və təbrik edən nazirlər bildiriblər ki, Novruz çox böyük bayramdır.

"İnanırıq ki, Azərbaycan və gürcü xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək"- deyə nazirlər vurğulayıblar.

Çıxışlarda Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirilib.

Həmçinin digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.

Sonda incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi